Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

17:17 - 27 Yanvar 2026

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarda yanvarın 28-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.


Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bu barədə Xidmət sarı xəbərdarlıq yayıb.

Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az