"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində YENİ TƏYİNATLAR

18:24 - 27 Yanvar 2026

\"İçərişəhər\" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində YENİ TƏYİNATLAR

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni təyinatlar olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud müvafiq əmrlər imzalayıb.

Sədrin əmri ilə Dinara Paşayeva idarənin Maliyyə və əməliyyatlar şöbəsinin müdiri, Canoğlan İlyasov isə Sənəd dövriyyəsi və vətəndaşlarla iş şöbəsinin rəisi təyin ediliblər.

Qeyd edək ki, Dinara Paşayeva yeni təyinatadək Dövlət Məşğulluq Agentliyində Mühasibatlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. Canoğlan İlyasov isə idarədə Vətəndaşlarla iş sektorunun müdiri işləyib.

Fotoda Canoğlan İlyasov:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az