Ülvi Hüseynli vəzifəsindən azad edildi - RƏSMİ (YENİLƏNDİ)

22:01 - 27 Yanvar 2026

Ülvi Hüseynli vəzifəsindən azad edildi - RƏSMİ (YENİLƏNDİ)

19:10

Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib.


Manset.az-ın əldə etdiyi məlumata görə, imzalanmış müvafiq sərəncamla Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri Ülvi Hüseynli tutduğu vəzifəsindən azad edilib.

Ülvi Hüseynli işdən çıxarılmağı ilə bağlı məlumatı saytımıza təkzib etməyib.

Qeyd edək ki, Ü.Hüseynli 2020-ci ildən bu vəzifədə çalışırdı.

***

22:01

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin imzaladığı 27 yanvar 2026-cı il tarixli sərəncama əsasən Ülvi Mötəbər oğlu Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri vəzifəsindən azad edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az