Nazir müavini işdən çıxarıldı

19:43 - 27 Yanvar 2026

Nazir müavini işdən çıxarıldı

Məlum olduğu kimi, ötən gün “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə artırılıb.

Bu gün isə Prezidentin müvafiq sərəncamları ilə indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb.

Bunun ardınca Məcnun Məmmədovun müavini Sarvan Cəfərov da vəzifəsindən azad edilib.

Onun bu günlərdə daha yüksək vəzifəyə təyin olunacağı gözlənilir.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri – Elçin Zeynalov, Zaur Əliyev, Seymur Səfərli və İlhamə Qədirovadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az