İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

12:54 - 28 Yanvar 2026

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin vəzifəsindən istefa verməsi ilə bağlı məlumat yayılıb.


Manset.az məsələni dəqiqləşdirmək üçün AMEA prezidenti ilə əlaqə saxlayıb. İsa Həbibbəyli haqqında yazılanlardan məyus olduğunu bildirib:

“Mən əslində bu barədə danışmaq istəmirdim. Amma görürəm ki, danışmayanda olmur. Bunları yazmağa nə ehtiyac var? Biz işimizi davam etdiririk, qətiyyən belə bir fikir yoxdur. Bu, bizi sevməyən qüvvələrin AMEA-ya qarşı sensasiya yaratmaq məqsədilə atdığı addımdır. Bu adamları qınayıram. Nə üçün AMEA-ya qarşı belə münasibət bəslədiklərini bilmirəm. Mənim bu adamlara nə pisliyim keçib?” – deyə İsa Həbibbəyli bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az