"Oktay sağ olsa idi, bügünkü Dilarə ilə fəxr edərdi” - VİDEO

14:10 - 28 Yanvar 2026

\"Oktay sağ olsa idi, bügünkü Dilarə ilə fəxr edərdi” - VİDEO

"Oktay sağ olsa idi, bügünkü Dilarə ilə fəxr edərdi”.

 

Manset.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva Nazim Qasımzadənin müəllifi olduğu "Uzun sözün qısası" podkastına müsahibəsi zamanı deyib.

Aktrisa mərhum həyat yoldaşı Oktay Əliyevin xatirəsi üçün daha çox çalışdığını bildirib:

"Oktay mənim danışmağımı, gülməyimi, zarafatlarımı, geyimimi, bəzənməyimi sevirdi. İnsanın bütün bu yaşananları anlaması üçün müəyyən bir vaxt, zaman keçməlidir. Bundan başqa artıq mənim əlimdən bir şey gəlmir. Amma mən bundan sonra Oktayın hər zaman görmək istədiyi Dilarə olacağam. O. məni necə tanıyıb, elə də yoluma davam edəcəyəm. Bununla da Oktayın ruhunu dah açox şad edəcəyəm. Oktay, bugünkü Dilarə ilə daha çox fəxr edərdi, çünki, mən bunun üçün indi daha çox işlər görürəm. Bu an əlimdən gələn nədirsə, onu edirəm".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az