Vətəndaşlara qarşı dələduzluq edən “hüquqşünas” həbs edildi

14:17 - 28 Yanvar 2026

Vətəndaşlara qarşı dələduzluq edən “hüquqşünas” həbs edildi

“TikTok” platformasında “Hüquq mərkəzi” adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbərli Manset.az-a bildirib ki, vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva saxlanılıb.

“145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Səbiyyə Panəliyeva Cinayət Məcələsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 529 manatının ödənilməsi təmin olunub, hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər”, - DİN rəsmisi vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az