"“Vəkil” sözündən və onun tərcüməsindən qanunsuz istifadə məsuliyyətə səbəb olur" - VK

20:32 - 28 Yanvar 2026

\"“Vəkil” sözündən və onun tərcüməsindən qanunsuz istifadə məsuliyyətə səbəb olur\" - VK

Məlum olduğu kimi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır.


Bu barədə Manset.az-a Vəkillər Kollegiyasından bildirilib.

Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə edilən 30.12.2025-ci il tarixli dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin gəlir əldə etmək məqsədilə “vəkil” sözündən istifadə etməsi inzibati məsuliyyətə səbəb olacaq.

Belə ki, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Diqqətə çatdırılır ki, “Vəkil” adından yalnız qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etmiş və Vəkillər Kollegiyasının üzvü olan şəxslər istifadə edə bilərlər.

Vəkillər Kollegiyası vətəndaşlardan bu cür qanunazidd hallarla qarşılaşdıqları təqdirdə müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az