Birbank tərəfindən hər il sadiqlik proqramında fəal iştirak edən partnyorlar müxtəlif nominasiyalar üzrə qiymətləndirilir.
Manset.az xəbər verir ki, 2025-ci il üzrə aparılan qiymətləndirmənin
nəticələrinə əsasən, “Buta Farm” MMC-yə məxsus apteklər bonus kateqoriyaları
üzrə ən çox seçilən aptek şəbəkələri sırasında yer alaraq mükafata layiq
görülüb.
Qiymətləndirmə
prosesində istifadəçi aktivliyi, bonuslardan yararlanma göstəriciləri, müştəri
məmnuniyyəti və ümumi xidmət təcrübəsi əsas meyarlar kimi nəzərə alınıb. Əldə
olunan nəticə BUTA apteklərinin müştərilərə yüksək xidmət keyfiyyəti təqdim
etməsi, eləcə də Birbank sadiqlik proqramında aktiv və davamlı iştirakının
göstəricisi kimi dəyərləndirilir.
Birbank sadiqlik proqramı çərçivəsində aparılan bu cür
qiymətləndirmələr partnyorların xidmət səviyyəsinin yüksəldilməsini və
istifadəçilərə əlavə üstünlüklərin təqdim olunmasını təşviq edir. “Buta Farm”
MMC-nin bu nailiyyəti həm müştəri məmnuniyyətinin, həm də etibarlı xidmət
anlayışının gücləndirilməsinə töhfə verir.
Qeyd edək
ki, ölkə üzrə geniş aptek şəbəkəsi olan “Buta Farm” MMC dərman preparatları,
vitaminlər və sağlamlıq məhsullarının satışını və əlçatanlığını təmin edir.
Müasir xidmət yanaşması və peşəkar əczaçı heyəti ilə seçilən BUTA aptekləri
müştərilərin gündəlik sağlamlıq ehtiyaclarını etibarlı və rahat şəkildə
qarşılamağa imkan yaradır.