“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

12:37 - 29 Yanvar 2026

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin "Xocalı: şahidlər danışır" kitabı qırğız dilində nəşr olunub.


Manset.az xəbər verir ki, kitab Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə tərcümə olunub. Bu təşəbbüs Fondun prezidenti Nüsrət Məmmədov tərəfindən irəli sürülüb. Kitabın qırğız dilinə tərcüməçisi və redaktoru Temirbek Toktoqazıyevdir.

Kitabda o qanlı hadisənin şahidlərinin xatirələri və Xocalı gənclərinin fikirləri yer alıb.

Kitabın “Ön söz” müəllifi professor Elmira Süleymanovdur.

Qeyd edək ki, bu, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən tərcümə edilib, nəşr olunan 171-ci kitabıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az