Bakının bu hissəsində hərəkət yenidən təşkil ediləcək

17:55 - 29 Yanvar 2026

Bakının bu hissəsində hərəkət yenidən təşkil ediləcək

Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş, xüsusi "cib" tipli zolaqlar təşkil olunacaq.


Manset.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, həmin ərazidə mövcud hərəkətin təşkilindəki bəzi çatışmazlıqlar günün pik saatlarında ciddi sıxlığa səbəb olur. Xüsusilə, icra edilən sola dönmə manevrləri arxadan gələn nəqliyyat axınlarını ləngidir, hərəkətin ritmini pozur və qəza risklərini artırır. Eyni zamanda, burada piyada hərəkətinin təhlükəsizliyi və rahatlığı tam təmin olunmur.

Bu problemlərin köklü həlli məqsədilə həmin ərazidə yol infrastrukturunda dəyişikliklər ediləcək. Belə ki, sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş, xüsusi "cib" tipli zolaqlar təşkil olunacaq. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər.

Bundan əlavə, kəsişmədə hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, burada nizamlanmayan prioritetli hərəkət qaydası ləğv edilir. Əvəzində kəsişmədəkmünaqişəli nöqtələri minimuma endirmək və hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq. Bu da kəsişmənin buraxıcılıq qabiliyyətini artırmaqla yanaşı, təhlükəsizliyi də maksimum səviyyəyə çatdıracaq.

Paralel olaraq, piyadaların rahatlığı və əlçatanlığı üçün nizamlanan piyada keçidləri təşkil olunacaq və səkilər yenilənəcək.

Həyata keçirilən bu kompleks tədbirlər sözügedən yol qovşağında qarışıqlığı aradan qaldıracaq, yol hərəkətinin təhlükəsizliyinə və şəhər mobilliyinin keyfiyyətinin artırılmasına xidmət edəcək.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az