Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına ali xüsusi rütbələr verilib.
Manset.az Qafqazinfo-ya istinadən general-mayor ali xüsusi rütbəsi verilən gömrükçülərin dosyesini təqdim edir:

Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Fuad Mikayıl oğlu Aslanov (47 yaş) – əvvəllər DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Hazırda Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisidir.

Elmir Bahadur oğlu Ramazanov (38 yaş) - daha əvvəl Bakı Baş Gömrük İdarəsində rəis müavini vəzifəsində çalışıb. 2023-cü ildən indiyə kimi Bakı Baş Gömrük İdarəsinin rəisidir.
Qeyd edək ki, Prezidentin bugünkü Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova da general-polkovnik ali xüsusi rütbəsi verilib.