ETX kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olundu - FOTOLAR

22:27 - 29 Yanvar 2026

ETX kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olundu - FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun əməkdaşı Bayram Şirinov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Cybertech Global 2026” beynəlxalq konfransında iştirak edib.


Manset.az xəbər verir ki, konfransda qlobal kibertəhlükəsizlik landşaftının transformasiyası və yeni nəsil müdafiə texnologiyaları müzakirə edilib. Həmçinin süni intellekt əsaslı kibermüdafiə sistemləri və orkestrasiya platformaları, agent əsaslı təhlükəsizlik arxitekturası kimi innovativ yanaşmalar təqdim edilib. Kvant hesablamaların kibertəhlükəsizliyə gətirəcəyi imkanlar və təhdidlər də nəzərdən keçirilib.

İki gün davam edən tədbirdə süni intellekt əsaslı avtomatlaşdırılmış qərar qəbuletmə mexanizmlərinin effektivliyi, kritik infrastruktur obyektlərinin qorunması strategiyaları, məlumat təhlükəsizliyində yeni standartlar və proaktiv müdafiə konsepsiyaları üzrə təcrübə mübadiləsi aparılıb.

“Cybertech Global 2026” kibertəhlükəsizlik sahəsinin aparıcı nümayəndələrini, hökumət strukturlarının ekspertlərini və texnoloji şirkətlərin təmsilçilərini bir araya gətirib. Konfrans kibertəhdidlərə qarşı beynəlxalq əməkdaşlığın genişləndirilməsi, texnoloji yeniliklərin kibertəhlükəsizlik sahəsinə inteqrasiyası, həmçinin gələcək trend və risklərin qiymətləndirilməsi baxımından mühüm platforma olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az