Həm dünyada, həm də ölkəmizdə kiberdələduzluqla bağlı həyəcan təbilinin çalındığı bir vaxtda insanlar hər gün yeni üsullarla aldadılırlar. Dələduzlar müxtəlif yollarla insanların inam və etibarını qazanaraq onları çıxılmaz vəziyyətə salır. Son zamanlar isə vətəndaşlara məxsus fiziki bank kartlarının aldadılaraq ələ keçirilməsi ilə bağlı dələduzluq halları artıb. Belə ki, müxtəlif yollarla vətəndaşlarla əlaqə quran dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir.
Bəs bank kartını başqalarına vermək nə ilə nəticələnə bilər?
Fərdi məlumatların oğurlanması: Bank kartını və ona aid
məlumatların 3-cü şəxsə ötürülməsi, eyni zamanda fərdi məlumatların da
ötürülməsi deməkdir. Bununla da dələduzlar məlumatını əldə etdiyi şəxsin
maliyyə hesabına giriş əldə edə və onun bütün bank əməliyyatlarına nəzarət edə
bilirlər. Belə hallarda adətən aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə
əməliyyatları icra edilir. Xüsusən də qanunsuz yollarla əldə edilən vəsaitlərin
izlərinin itirilməsi prosesində bu kimi kart hesabları istifadə edilə bilir.
Maliyyə itkiləri: Kartın başqasına verilməsi dələduza hesabdakı vəsaitdən
istədiyi kimi istifadə etmək hüququ verir. Bu isə istifadəçiyə məxsus bütün
bank hesablarını təhlükə altına ata və maliyyə itkisinə səbəb ola bilər.
Hüquqi nəticələr: Hər bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan
əməliyyatlara qarşı cavabdehdir. Kartın başqasına verilməsi kart sahibinə
hüquqi öhdəlik yaradır. 3-cü tərəfə verilən kartla hər hansı qanunsuz əməliyyat
həyata keçirildikdə kart sahibi bu əməliyyatın nəticəsinə görə cinayət
məsuliyyətinə cəlb oluna bilər.
Pulunuzu itirməmək və cinayətin bir hissəsi olmamaq üçün
diqqətli olmaq çox vacibdir.
Kartınızı yalnız özünüz istifadə edin: Bank kartları yalnız bank hesabı
açılan müştəriyə məxsusdur və onun istifadəsi üçün nəzərdə tutulub.
Şübhəli əməliyyatlar zamanı diqqətli olun: Kart hesablarınızı mütəmadi olaraq
nəzarətdə saxlayın. Şübhəli əməliyyat, kartınızdan vəsait itkisi və ya
gözlənilməz mənbədən mədaxil gördüyünüz halda dərhal müştərisi olduğunuz banka
və hüquq mühafizə orqanlarına müraciət edin.
Dələduzlara aldanmayın: Sizdən bank kartlarınızı hansısa
ödəniş və ya xidmət qarşılığında istəyən şəxslərə qarşı diqqətli olun.
Kartınıza və ya bank hesabınıza dair məlumatlar yalnız sizə məxsusdur və bu
məlumatları heç kimlə bölüşmək olmaz. Bu məlumatları sizdən istəyən şəxslərlə
bağlı dərhal aidiyyatı orqanlara xəbər verməniz tövsiyə olunur.
Kapital Bank olaraq bir daha xatırladırıq ki, maliyyə
qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı vətəndaşların
da diqqətli olmaları, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını,
kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Şübhəli hallarla
qarşılaşdığınız zaman dərhal müştərisi olduğunuz bankın qaynar xəttinə
xəbərdarlıq edin. Hər hansı şübhəli mesaj, zəng və ya sosial media hesabını
görsəniz, dərhal müvafiq qurumlara və müştərisi olduğunuz banka bildirin.
Beləliklə, başqalarının da kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını
ala bilərsiniz.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank
kartı sifarişi üçün – https://kbl.az/prcrc.