Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verib. O, müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxılıb.
***
18:46
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində əməliyyat tədbirləri həyata keçirilib.
İstintaq çərçivəsində G.Hacıbəylinin yaşadığı ünvanda axtarış aparılıb.
Sabiq deputat istintaq orqanına şahid qismində ifadə verməyə dəvət olunub.