Zabrat qəsəbəsindəki su xəttində qəza aradan qaldırıldı 

18:58 - 24 Fevral 2026

Zabrat qəsəbəsindəki su xəttində qəza aradan qaldırıldı 

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza hadisəsi qeydə alınan kimi əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. 


Manset.az xəbər verir ki, su xəttində ilkin olaraq qaynaq işləri aparılmaqla qəza aradan qaldırılıb.

Hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa edilib. 

Bəzi ərazilərdə əhali tərəfindən primitiv üsulla çəkilən xətlər standartlara cavab vermədiyi üçün hidravlik rejimin bərpası vaxt tələb edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az