“TələbəPlus” və “TəhsilPlus”un sahiblərinə ictimai nəqliyyatda endirim olacaq? - Nazir müavini açıqladı 

16:19 - 04 Mart 2026

“TələbəPlus” və “TəhsilPlus”un sahiblərinə ictimai nəqliyyatda endirim olacaq? - Nazir müavini açıqladı 

“Təhsilin bütün pillələri üzrə çalışan ümumilikdə 450 minə yaxın pedaqoji və inzibati heyət üçün nəzərdə tutulmuş “TəhsilPlus” kartı vasitəsilə “BakıKart” üzrə nəzərdə tutulan güzəştlərin yaxın müddətdə tələbələrə də şamil edilməsi planlaşdırılır". 


Manset.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.

Kənan Kərimzadə bildirib ki, Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış “TəhsilPlus” kartı ilə elm və təhsil işçiləri “Birbank” tətbiqində “Bakıkart” QR biletin yaradılması zamanı 10% bonus və ya güzəşt əldə edəcəklər.

"TələbəPlus" kartından da söz açan nazir müavini qeyd edib ki, 160 minə yaxın tələbə artıq bu kartdan istifadə edir: “Hazırda bir sıra partnyorlar “TələbəPlus” çərçivəsində tələbələrə müxtəlif endirimlər təqdim edirlər. Təklifimiz odur ki, “BakıKart" üzrə nəzərdə tutulan 10% bonus və ya güzəşt tələbələrə də şamil olunsun. Bunu həm bank, həm də müvafiq qurumlarla müzakirə edirik. Hazırda “Visa” şirkəti ilə bu istiqamətdə əməkdaşlıq davam edir. Tələbələr üçün nəzərdə tutulan bu güzəştlə bağlı 1 ay ərzində ictimaiyyətə əlavə məlumat veriləcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az