İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq.
Manset.az Tasnim-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Elm Nazirliyi qərar qəbul edib.
Qeyd edilib ki, ali təhsil müəssisələri onlayn qoşula bilməyən tələbələr üçün kompensasiya tədbirləri hazırlayacaq.
Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrail İrana aviazərbələr endirir.