Son 24 saat ərzində Hürmüz Boğazından yalnız 2 ticarət gəmisinin keçməsi haqqında məlumat verilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu gedişlər yalnız yük gəmilərinə aid olub. Bu məlumat Yaxın Şərqə fokuslanmış çoxmillətli dəniz təhlükəsizliyi qrupu olan Birgə Dəniz Məlumat Mərkəzinin (JMIC) yayımladığı son hesabatda yer alıb.
Hesabatda, "Bu vəziyyət davam edən regional münaqişə dinamikalarının, xüsusən də, İranı da əhatə edən inkişafların, ticarət dəniz gəmisi hərəkətinin demək olar ki, tamamilə dayandığını göstərir. ABŞ, İsrail, Avropa və müttəfiq ölkələrin gəmilərinə yönəlik keçid xəbərdarlıqları da bu vəziyyəti təsir edib" - deyilir.
Qeyd edək ki, indiki dövrə qədər, boğazdan hər 24 saatda ortalama olaraq təxminən 138 gəmi keçirdi.