İsrailin müdafiə nazirindən Livana SƏRT ULTİMATUM

16:04 - 07 Mart 2026

İsrailin müdafiə nazirindən Livana SƏRT ULTİMATUM

İsrailin müdafiə naziri İsrael Katz Hizbullahla hərbi əməliyyatların intensivləşməsi fonunda Livan Prezidenti Jozep Auna müraciət edib.


Manset.az APA-ya istinadən xəbər verir ki, o, Beyrutun atəşkəs razılaşmasında göstərildiyi kimi, İran tərəfindən dəstəklənən qruplaşmanı tərksilah etmək öhdəliyini yerinə yetirmədiyini bildirib.

    “Razılaşmanı yerinə yetirməyi və Hizbullahı tərksilah etməyi öhdənizə götürdünüz, amma bu, baş vermir. Biz daha çox şey etmədən siz hərəkətə keçin və tədbir görün. Yaşayış məntəqələrimizə və əsgərlərimizə hücumlara icazə verməyəcəyik”, - müdafiə naziri deyib.

    Onun sözlərinə görə, əgər tərəflər toqquşarsa, Livan hökuməti və bütün Livan tam bədəl ödəyəcək.

    “Əgər (Həsən) Nəsrullah Livanı məhv edibsə, Naim Qasim (Hizbullah lideri) də bu yolda onu məhv edəcək”, - Katz xəbərdarlıq edib.

    O, İsrailin Livandan heç bir ərazi tələbi olmadığını əlavə edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az