Daha bir tiktoker saxlanıldı

17:45 - 10 Mart 2026

Daha bir tiktoker saxlanıldı

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. 


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirlərlə “TikTok” sosial şəbəkəsində “privattee.ss” hesabı ilə canlı yayımda təhqiramiz ifadələr səsləndirən 22 yaşlı Solmaz Musayeva saxlanılıb.

Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub. 

Müvafiq qərarla S.Musayeva inzibati qaydada həbs olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az