Antalya Körfəzində zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD Antalya Körfəzində 4.1 maqnitudalı zəlzələ baş verdiyini açıqlayıb.
Məlumata görə, Türkiyə vaxtı ilə saat 14:20-də qeydə alınıb. Baş verən zəlzələnin dərinliyi 40.87 km olaraq qeyd edilib.