İsraildə ölən azərbaycanlı ilə bağlı MƏLUMAT - YENİLƏNİB

18:54 - 10 Mart 2026

İsraildə ölən azərbaycanlı ilə bağlı MƏLUMAT - YENİLƏNİB

İsrail ərazisinə 9 mart tarixində həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi:

"Amid Murtuzov ailəsi ilə birgə illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı.

Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk.

Allah rəhmət eləsin!"

***

18:18

İranın İsrailə raket atması nəticəsində 2 azərbaycanlı - Amid Murtuzov və Rüstəm Qulamov həlak olub.


Manset.az Qafqazinfo-ya istiandən xəbər verir ki, onlar Təl-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər.

Qeyd edilib ki, hər iki şəxs tikinti sahəsində çalışırmış və işlədikləri yerdə həlak olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az