Novruz bayramına sayılı günlər qaldıqca, şəhərin müxtəlif yerlərində təşkil olunan bayram yarmarkaları və bazarlara maraq artır. Sakinlər Novruz süfrəsi üçün lazımi məhsulları almağa tələsirlər. Bəs görəsən, qiymətlər necədir? Yarmarka, yoxsa bazar daha sərfəlidir?
Manset.az-ın Baku TV-yə istinadən məlumatına görə, yarmarkadakı qiymətlərlə tanış olduqdan sonra paytaxtdakı bazarlardan birində aparılan müşahidələr zamanı məlum olub ki, buradakı meyvə və çərəzlərin qiyməti yarmarkada satılan məhsullarla müqayisədə xeyli bahadır.
"Almanın qiyməti 3-10 manat arasında dəyişir. Portağal 6 manat, nar isə 20 manatadır", "Bu il məhsuldarlıq aşağı olduğu üçün fındıq ləpəsinin kiloqramı 20 manatdır", - deyə satıcılar söyləyiblər.