Yardımlıda narkokuryerlər ələ keçdi - VİDEO

10:19 - 17 Mart 2026

Yardımlıda narkokuryerlər ələ keçdi - VİDEO

Yardımlıda doqquz kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


Manset.az xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Tədbirlər nəticəsində 30 yaşlı Orxan Verdiyev və 34 yaşlı İlham Abbasov saxlanılıblar. Onlardan müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdikləri doqquz kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az