ABŞ və İsrailin İranı hədəf aldığı və Əli Xameneinin öldüyü ilk hücumda Müctəba Xamenei saniyələrlə həyatda qalmağı bacarıb.
Manset.az ABŞ mediasına istinadən xəbər verir ki, Əli Xamenei və yüksək rütbəli şəxslərin həyatını itirdiyi hücumdan Müctəba Xamenei yaralı olaraq xilas olub. İngiltərənin "The Telegraph" qəzetinin əldə etdiyi məlumata görə, sızdırılmış səs yazısında bununla bağlı məlumat yer alıb.
Qeydə əsasən, Xamenei raketlərin evini vurmasından qısa bir müddət əvvəl bir işlə bağlı bağçaya çıxıb.
28 fevral tarixində saat 09:32-də baş verən hücumda binaya düşən ballistik raketlər evi yerlə bir etsə də, Müctəba Xamenei o sırada evində daxilində deyil, həyətdə olduğu üçün sağ qalıb.
Eyni hücumda İranın dini lideri Əli Xamenei və yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmiləri həyatını itirib. Xameneinin həyat yoldaşı və oğlu hadisə yerində dünyasını dəyişib, Müctəba Xamenei isə yalnız ayağından yaralanıb.
Sızdırılmış qeyddə hücumun rəhbərlik kompleksinin bir neçə nöqtəsini eyni vaxtda hədəf aldığı və Xamenei ailəsinin tamamilə məhv edilməsinin məqsəd olduğu qeyd edilib.
Raket zərbəsi nəticəsində bir sıra yüksək rütbəli şəxslərin cəsədlərinin parçalandığı, onların kimliyinin müəyyən edilməsində çətinlik yarandığı bildirilib.