İsrail mətbuatında yer alan xəbərə görə, İsrail gecə saatlarında İranın üzərinə hava hücumu edərək yüksək rütbəli iranlı rəsmilərdən Əli Laricanini hədəf alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Laricani Əli Xameneinin ölümündən sonra rejimin ən güclü adı və "gizli gücü" olaraq qiymətləndirilir. İsrail İran İnqilab Keşişləri Ordusuna bağlı Besic Qüvvələri Komandanı Qulam Rza Süleymani və köməkçisinin də öldüyünü açıqlayıb.
İsrail mətbuatında yer alan iddiaya görə, Ali Laricaninin öldüyü və ya sağ olduğu ordu tərəfindən yoxlanılır. Hələlik bu barədə rəsmi bir açıqlama verilmayıb.