İnnovasiya lideri Bakcell Elektron Hökumət
İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə qoşularaq
qurumlararası sənəd mübadiləsini tam rəqəmsal müstəviyə keçirib.
Bakcell sistem vasitəsilə kağız əsaslı sənəd
dövriyyəsini minimuma endirərək, sənədlərin daha sürətli, şəffaf və təhlükəsiz
şəkildə idarə olunmasını təmin edəcək. RSD-yə inteqrasiya proseslərin daha da optimallaşdırılmasına,
əməliyyat səmərəliliyinin artırılmasına və məlumat təhlükəsizliyinin gücləndirilməsinə
xidmət edir.
Bu addım Bakcell-in rəqəmsal transformasiya
strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf prinsiplərinə
sadiqliyini bir daha təsdiqləyir
Qeyd edək ki, bu addım Bakcell-in rəqəmsal
transformasiya strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf,
həmçinin ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə
sadiqliyini bir daha təsdiqləyir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən
yaradılan RSD altsistemi inteqrasiya olunmuş tərəflərin elektron sənəd dövriyyəsi
sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin
aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata
keçirilməsini təmin edir. Təkmil sertifikatlı gücləndirilmiş elektron imzalarla
isə məlumatların məxfiliyi və bütövlüyü qorunur.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl
telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli
və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni
intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə
verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya,
enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən
"NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.