Jurnalist Faiq Balabəyli Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqına sədr seçilib.
Manset.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə F.Balabəyli özü məlumat verib. O bildirib ki, bu gün qurumun növbəti iclası keçirilib və onun namizədliyi irəli sürülüb:
"Məndən qabaq ittifaqa tanınmış şair Firuzə Məmmədli rəhbərlik edirdi. Bir müddət əvvəl o bu vəzifədən istefa vermişdi. Mənim də namizədliyimi irəli sürdülər, etiraz etmədim. Özümü bu vəzifəyə hazır bilirəm.
Təklif səsverməyə qoyuldu və mən sədr seçildim. Ümid edirəm ki, bu etimadı doğruldacağam".