“Sadəcə sevgi sağaldır” kitabının təqdimatı keçirildi - FOTOLAR

09:30 - 19 Mart 2026

“Sadəcə sevgi sağaldır” kitabının təqdimatı keçirildi - FOTOLAR

Bakıda "Sadəcə sevgi sağaldır" kitabının təqdimatı keçirilib.


Manset.az xəbər verir ki, autizmlə mübarizə aparan ailələrə dəstək məqsədi ilə qələmə alınan əsər real həyatda yaşanan hekayədən ilhamlanıb. Əsərdə övladına autizm diaqnozu qoyulduqdan sonra bu həqiqəti qəbul etməkdə çətinlik çəkən, lakin zamanla həyatını övladına həsr edən bir atanın təsirli hekayəsi təqdim olunur.

Kitabın Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimi duyğusal anlarla yadda qalıb.

Mərasimdə autizmlə mübarizə aparan fədakar valideynlər də çıxış edərək keçdikləri həyat yolundan və onları motivasiya edən amillərdən bəhs ediblər. Tədbirin sonunda isə Elmir Nəcəbov kitabın yazılmasına səbəb olan real həyat hekayəsini iştirakçılarla bölüşüb və əsərin qəhrəmanı olan autizmli uşaq oxuculara təqdim olunub.

Tamamilə sosial məqsədlə çap edilən kitab autizmli ailələr üçün mühüm motivasiya mənbəyi kimi qiymətləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az