Yasamal rayonu, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfə yeni quraşdırılan svetoforlar işə salındı
Manset.az-ın məlumatına görə, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən nəqliyyat və piyada bölməli 9 ədəd quraşdırılan yeni svetoforlar Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxışı təmin edir.
Qeyd edək ki, işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi layihəsi çərçivəsində icra edilib.