Bu xəstəxanaya baş həkim təyin edildi

15:44 - 30 Mart 2026

 Bu xəstəxanaya baş həkim təyin edildi

Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Zeynal Məmmədov sözügedən qurumun baş həkimi vəzifəsinə gətirilib.

O, bunadək Maştağa Psixiatriya Xəstəxanasında həkim olub.

Məlumat üçün bildirək ki, dekabr ayında Yaqut İlyasova, yanvar ayında isə həkim-psixiatr Sultanə Salmanova bu xəstəxanaya baş həkim əvəzi olaraq təyinat almışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az