“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

17:52 - 31 Mart 2026

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

Sumqayıt bağları, “Qurd dərəsi” ərazisində yaşayan sakinlər artıq bir aydır ki, internet xidmətində ciddi problemlərlə üzləşirlər.


Manset.az Bizim.media-ya istinadən xəbər verir ki, sakinlər aylıq ödənişlərini vaxtında etsələr də, normal internet bağlantısı ala bilmirlər. Çoxsaylı sakinlərin redaksiyamıza etdiyi şikayətdə bildirilir ki, “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya qovşağı Qaynar Xəttinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, problem həll olunmur.

Əraziyə texniki heyət göndərilsə də, internet bir saat sonra yenidən kəsilir.

Sakinlər problemin təkrarlandığını Qaynar Xəttə bildirsələr də, əməkdaşlar problemin həll etməyin onların səlahiyyətində olmadığını deyir və yalnız telefon zənglərinə cavab vermək vəzifələrini xatırladırlar.

Məsələ burasındadır ki, “Aztelekom” MMC isə bir ay internetsiz qalan abonentlərə internet xidmətinin göstərilməməsi ilə bağlı kompensasiya da ödəmir.

Qeyd edək ki adıçəkilən ərazidə on mindən çox ailə yaşayır və onlar hər ay internet bağlantısına görə 25 azn aylıq abunə haqqı ödənişi edirlər.

Mütəxəssislər isə problemin səbəbi kimi ərazidə quraşdırılan internet paylayıcı qutularının keyfiyyətsiz olduğunu iddia edirlər.

Bütün bunlar , “Aztelekom” MMC Telekommunikasiya qovşağının idarəetməsində ciddi çatışmazlıqlar olduğunu ortaya qoyur.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az