Aprel döyüşlərinin qəhrəman pilotları anılıb - VİDEO

19:11 - 02 Aprel 2026

Aprel döyüşlərinin qəhrəman pilotları anılıb - VİDEO

2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlar - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.


Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi Memorial Məzarlıqda təşkil olunan tədbirdə müdafiə nazirinin müavini - HHQ komandanı, general-leytenant Namiq İslamzadə, hərbçilər və şəhid ailələri iştirak ediblər. Mərasim zamanı şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, məzarları önünə əklil və gül dəstələri qoyulub.

Çıxış edənlər pilotlarımızın peşəkarlığından və göstərdikləri şücaətdən danışaraq, onların xidmət yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıblar. Qeyd olunub ki, məhz bu cür qəhrəmanlıqlar sayəsində torpaqlarımız işğaldan azad edilib və bu gün həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır.

Tədbir çərçivəsində general-leytenant Namiq İslamzadə şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb. Ailə üzvləri göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az