Bu marşrutun hərəkət sxemi dəyişdirildi

15:13 - 05 Aprel 2026

Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə (Cavidan İbrahimli küçəsi) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.


Manset.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, dəyişikliyə əsasən, marşrutun hərəkəti Badamdar qəsəbəsi – metronun “Elmlər Akademiyası” stansiyası – “Azneft dairəsi” – 20-ci sahə istiqamətində təşkil olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az