Araz Əhmədov Masallının Tüklə kəndinə səfər etdi - FOTOLAR

19:42 - 07 Aprel 2026

Araz Əhmədov Masallının Tüklə kəndinə səfər etdi - FOTOLAR

07 aprel 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçısının Birinci müavini Tohid Hüseynov, başçının müavini Adəm Məhərrəmov və YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev rayonun Tüklə kəndinə səfər ediblər. Səfər çərçivəsində rayon rəhbəri və məsul şəxslər kənddə həyata keçirilən abadlıq-quruculuq işləri ilə yerində tanış olublar.


Manset.az xəbər verir ki, ərazidə həyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı rayon rəhbərinə məlumat verilib və bildirilib ki, son dövrlər kəndlərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Belə ki, daxili yolların təmiri, ətraf mühitin abadlaşdırılması, yaşıllıq zolaqlarının salınması və sosial obyektlərin yenilənməsi istiqamətində tədbirlər həyata keçirilir.

Rayon rəhbəri görülən işlərin keyfiyyəti ilə maraqlanıb, aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, kəndlərdə aparılan abadlıq-quruculuq işləri əhalinin rifah halının yüksəldilməsinə və yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az