Yeni sədr işdən çıxartdığı rəisin əvəzinə onu təyin etdi

22:28 - 10 Aprel 2026

Yeni sədr işdən çıxartdığı rəisin əvəzinə onu təyin etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına rəis əvəzi təyin olunub.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.

Belə ki, Xəzər Dəniz Neft Donanmasına rəhbərlik Azər Qasımova həvalə olunub.

Məlumata görə, A.Qasımov Donanmada şöbə müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, Donanmanın rəisi vəzifəsində əvvəllər Taqət Qurbanov çalışıb. O, bir neçə gün əvvəl 2017-ci ildən bəri çalışdığı vəzifəsindən azad edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az