Narkotik təsiri ilə sükan arxasına keçən 3 nəfər saxlanıldı

11:12 - 11 Aprel 2026

Narkotik təsiri ilə sükan arxasına keçən 3 nəfər saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər - İ.Babayev, X.Yavərzadə və S.Yolçuzadə saxlanılıblar.


Manset.az xəbər verir ki, müayinə zamanı onların narkotik vasitə olan marixuana istifadə edərək nəqliyyat vasitəsi idarə etdikləri məlum olub. Sürücülər barəsində inzibati protokol tərtib edilib. 

Bundan əlavə, Saatlı rayonunda polisi əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı avtomobili spirtli içkinin təsiri altında idarə edən daha 7 sürücü də müəyyən edilərək inzibati məsuliyyətə cəlb ediliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az