Suraxanıda 13 darvaza oğurlayan dəstə üzvləri saxlanıldı

13:53 - 12 Aprel 2026

Suraxanıda 13 darvaza oğurlayan dəstə üzvləri saxlanıldı

Suraxanı rayonu ərazisində yerləşən anbarların birindən 13 ədəd dəmir darvaza və su çənlərinin oğurlanması barədə polisə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Məmmədov, A.İmanov, N.Albabayev və H.Babayev müəyyən edilərək saxlanılıblar.

Onların oğurladıqları əşyaların bir hissəsini əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az