logo
logo logo
logo

Şəhla müəllim işdən çıxıb? - Vəkilindən açıqlama - YENİLƏNİB

19:22 - 28 Aprel 2026

Şəhla müəllim işdən çıxıb? - Vəkilindən açıqlama - YENİLƏNİB

Məsələ ilə bağlı Şəhla Kamilovanın vəkili Vüqar Əliyevlə əlaqə saxlanılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: 

“Müəllim işdən ayrılmayıb. Sadəcə olaraq qısa müddətlik bülletenə çıxıb. Ailə bu kimi yanlış, təsdiqlənməmiş məlumatların, eyni zamanda, gələcəkdə fotolarının yayılmasından narahatdır”.

Qeyd edək ki, bir neçə gün öncə “Qafqazinfo”da müəllimlə hadisəni törədən şagird arasında barışıq əldə olunduğuna dair məlumat dərc olunmuşdu. Məqalədə qeyd edilmişdi ki, barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim olunub.

***

13:10

"İdrak" liseyində bir müddət əvvəl baş vermiş silahlı insident zamanı yaralanan müəllimə ilə bağlı yeni məlumat yayılıb.


Manset.az Modern.az-a istinadla xəbər verir ki, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.

Silahlı insidenti törədən şagirdə gəlincə isə, iddialara görə, istintaq yekunlaşdıqdan sonra təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən onun Londona göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, bu yaxınlarda yayılmış digər məlumatda müəllimənin hadisəni törədən şagirdi bağışladığı bildirilib. Barışığı təsdiq edən rəsmi sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbədən də şagirdin azadlığa buraxılacağı gözlənilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. "İdrak" liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimə Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllimə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimənin boyun nahiyəsindən 16 qırma çıxarıblar.

Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az