Bu müəllimlər direktor ola biləcəklər

15:21 - 28 Aprel 2026

Bu müəllimlər direktor ola biləcəklər

“Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir”.


Manset.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib.

“Direktorların və direktor müavinlərinin işə qəbulunda əsas dəyişiklik namizədlərin təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında topladığı balın əsas meyarlardan biri kimi nəzərə alınmasıdır. Sertifikatlaşdırmada iştirak etməmiş namizədlər üçün isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı nəticələri əsas götürüləcək” deyə, o, bildirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az