Xəzəri çirkləndirən kəsim sexi cərimələndi - FOTO

12:05 - 01 May 2026

Xəzəri çirkləndirən kəsim sexi cərimələndi - FOTO

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti tərəfindən Xəzər dənizini çirkləndirən quş kəsim sexi ilə bağlı inzibati tədbir görüldü


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən Manset.az-a verilən məlumata görə, Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən quş kəsim sexində qanunvericiliyin pozulması faktı aşkarlanıb.

Belə ki, sosial şəbəkələrdə yayılan görüntülər əsasında 17 aprel 2026-cı il tarixində Xidmət əməkdaşları tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Lənkəran Rayon Polis Şöbəsinin, həmçinin Sütəmurdov bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilib.

SİMDNX-dan verilən məlumata görə, aparılan araşdırma zamanı müəyyən olunub ki, kəsim sexində istehsal prosesi nəticəsində yaranan tullantı suları heç bir təmizləyici qurğudan keçirilmədən torpaq məcralı axar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılıb.

Fakt üzrə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi laboratoriyanın əməkdaşları tərəfindən müxtəlif nöqtələrdən su nümunələri götürülərək analiz edilib. Nəticələrə əsasən tullantı suların tərkibində çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu və suların təmizlənmədən dənizə axıdıldığı təsdiqlənib.

Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq, kəsim sexinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunub

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən ətraf mühitin mühafizəsi və su ehtiyatlarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az