Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov vəzifəsindən azad edilib. V.Hüseynov əvvəlcə məzuniyyətə göndərilib, daha sonra işdən çıxarılıb.
Onu da bildirək ki, kənd təsərrüfatı nazirliyi son zamanlar mediada tənqid edilirdi. Nazirliyi və mətbuat katibi Vüqar Hüseynovu ən çox tənqid edənlərdən biri Manşet.az xəbər portalı idi.
Qeyd edək ki, V.Hüseynov 2019-cu ildən bu vəzifəni tuturdu.