Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

20:07 - 02 May 2026

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

İranda həbsdə saxlanılan Güney azərbaycanlı hüquq müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilir ki, vəziyyəti ağır olan N. Məhəmmədi hazırda Zəncandakı xəstəxananın reanimasiya şöbəsindədir.

Xatırladaq ki, Nərgiz Məhəmmədinin ötən ay vəziyyətinin kritik olması ilə bağlı məlumatlar yayılmışdı.

Qeyd edək ki, N. Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bu cəzanın 10 ilini həbsxanada çəkib.

O, “qadınlara qarşı zorakılıqla mübarizəsinə”, eləcə də “hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə” görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az