Paytaxtda daha bir yol-nəqliyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, mərkəzi küçələrdən birində avtomobil motosikletlə toqquşub.
Hadisə sürücünün yolda tələskənliyi səbəbindən yaşanıb.
Svetoforun yaşıl işıq siqnalı tam yanmadan, qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnib.
1-2 saniyə gözləsəydi, bu qəza da baş verməyə bilərdi.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəsmi feysbuk səhifəsində məlumat verilib.
Paylaşılan görüntülərdə qəza anbaan əks olunub.