Bu gün Sfera.az xəbər portalının fəaliyyətə başlamasının 14 ili tamam olur.
05 may 2012-ci ildən etibarən fəaliyyət göstərən Sfera.az ötən müddət ərzində Azərbaycanın media məkanında özünəməxsus yeri olan, müstəqil və obyektiv informasiya platforması kimi tanınıb. Portalın əsas missiyası ölkədə və dünyada baş verən ictimai, siyasi, sosial və mədəni prosesləri operativ, dəqiq və etibarlı şəkildə oxuculara çatdırmaq olub.
Fəaliyyəti dövründə Sfera.az cəmiyyətdə aktual olan mövzuların işıqlandırılmasına, dövlət siyasətinin əsas istiqamətlərinin və həyata keçirilən islahatların obyektiv təqdimatına xüsusi önəm verib. Bununla yanaşı, müsahibələr, analitik yazılar, reportajlar və müəllif materialları ilə də informasiya məkanını zənginləşdirib.
Portal balanslı yanaşma, qərəzsizlik və operativlik prinsiplərinə sadiq qalaraq oxucu etimadını qazanmağa nail olub. Oxucularla qurulan qarşılıqlı əlaqə və əməkdaşlıq isə Sfera.az-ın inkişafında mühüm rol oynayıb.
Manset.az kollektivi olaraq Sfera.az-ı 14 illik yubileyi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.