DİN və ADA Universiteti arasında memorandum imzalandı - FOTOLAR

19:32 - 08 May 2026

DİN və ADA Universiteti arasında memorandum imzalandı - FOTOLAR

Daxili İşlər Nazirliyi ilə ADA Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.


DİN-dən Manset.az-a verilən xəbərə görə, birgə faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan Memorandumu daxili işlər nazirinin müavini Fazil Quliyev və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

    Memorandumda tərəflərin tədris proqramları və metodiki vəsaitlərin hazırlanması, seminar, mühazirə, treninq və elmi konfransların təşkili, müasir texnoloji yanaşmaların tətbiqi sahəsində əməkdaşlığı nəzərdə tutulub.

    İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə DİN ilə ADA Universiteti arasında əməkdaşlıq perspektivləri və Memorandum çərçivəsində görüləcək işlər də müzakirə olunub.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az