Bu rayonda 4 saat işıq olmayacaq

22:00 - 24 May 2026

Bu rayonda 4 saat işıq olmayacaq

Sabah Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bu barədə Manset.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 42 nömrəli Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az