2018-2021-ci illərdə Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışmış Səidə Şahpələngova vəfat edib.
Manset.az xəbər verir ki, bu haqda Saatlı Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Qeyd edək ki, o, dövlət vəsaitinin mənimsənilməsində təqsirli bilinib.
2024-cü ildə 6 il müddətinə şərti azadlıqdan məhrum etmə cəzası verilib. S.Şahpələngovanın məhkumluğu ödənilməyib.