Xəbər verdiyimiz kimi, Bakı–Tbilisi–Bakı marşrutu üzrə ilk sərnişin qatarı bu gün saat 23:10-da Bakı Dəmiryol Vağzalından yola düşüb.
İlk reysin sərnişinləri arasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sabiq sədri Cavid Qurbanov da yer alıb. O, səfərdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Manset.az xəbər portalının “Hansı vaqonda gedəcəksiniz – lüks, yoxsa ekonom?” sualına cavab olaraq Cavid Qurbanov zarafatla “Sən bilən hansı ilə gedəcəyəm? Mənə hansı düşür? Haranı versələr, onunla gedəcəyəm” deyə bildirib.
Sözügedən görüntüləri təqdim edirik: